21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Abramoviç “Çelsi”nin satış müqaviləsini imzaladı

Abramoviç “Çelsi”nin satış müqaviləsini imzaladı

Rusiyalı milyarder Roman Abramoviç “Çelsi” futbol klubunu amerikalı milyarder Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satmaq üçün müqavilə imzalayıb.

GununNebzi.az
xəbər verir ki, Britaniya mətbuatının yaydığı bu məlumatı klub da təsdiqləyib.

Bildirilir ki, sövdələşmə dörd milyard funt-sterlinqə başa gəlib. Bunun 2,5 milyard funt-sterlinqi səhmlərin alınmasına sərf olunacaq, onlar xeyriyyə məqsədləri üçün köçürüləcək. Sahibkarlar London klubunun inkişafına daha 1,75 milyard funt-sterlinq investisiya qoymalı olacaqlar.

Satışın may ayının sonuna qədər tamamlanacağını gözlənilir.

Konsorsiuma Bouli ilə yanaşı, İsveçrədən Hansyorq Viss, ABŞ-dan Mark Uoker, həmçinin “Clearlake Capital” daxildir.

Qeyd edək ki, rusiyalı iş adamı Roman Abramoviç “Çelsi”nin 2003-cü ildən sahibidir. O, martın əvvəlində - Böyük Britaniya hökumətinin sanksiyalar siyahısına salınmazdan qabaq klubu satışa çıxarıb.

Tarix: 7-05-2022, 16:23 Oxunub: 130


Bölməyə aid digər xəbərlər