02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Taekvondoçumuz İslamiadada bürünc medal qazandı

Taekvondoçumuz İslamiadada bürünc medal qazandı

Taekvondo üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarda mübarizəyə başlayıb. Yarışın ilk günü komandamız üçün uğurlu alınıb.

GununNebzi.az
xəbər verir ki, millimizin taekvondoçusu Qaşım Maqomedov İslamiadada çıxışını bürünc medalla başa vurub. Belə ki, 58 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz startda Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. O, ikinci qarşılaşmasında pakistanlı Xan Harunla üz-üzə gəlib. Gərgin keçən döyüşdə Q.Maqomedov 2:1 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda İran idmançısı Lotfi Hosseinlə qarşılaşan təmsilçimiz məğlub olaraq, bürünc medalla kifayətlənib. Bu, taekvondo komandamızın aktivinə yazılan ilk mükafat olub.

Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq) dörddəbir, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə səkkizdəbir finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, İslamiadada taekvondo yarışları dörd gün keçiriləcək və avqustun 12-də başa çatacaq.

Tarix: 9-08-2022, 20:04 Oxunub: 29


Bölməyə aid digər xəbərlər