21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
“Qarabağ” Bakıda “Olimpiakos”la heç-heçə edib - YENİLƏNİB

“Qarabağ” Bakıda “Olimpiakos”la heç-heçə edib - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

GununNebzi.az-
ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. Daha sonra "köhlən atlar" təşəbbüsü ələ alıb. 13-cü dəqiqədə Kadi Borgesin zərbəsindən sonra top qapının yanından keçib. Ardınca Marko Veşoviç və Qara Qarayevin zərbələrində dəqiqlik çatmayıb.

23-cü dəqiqədə Pirey təmsilçisinin heyətində Andreas-Rixardos Ntoi fərqlənməyə yaxın olsa da, çərçivəyə düşə bilməyib. 38-ci dəqiqədə qonaqların hücumçusu Abubakar Kamaranın qapı önünə asmasından sonra top dirəyə dəyib. 44-cü dəqiqədə Pyer Kundenin fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.

"Qarabağ" ikinci yarıya da daha fəal başlayıb və topa nəzarət edən tərəf olub. "Olimpiakos" ara-sıra hücumlar yaratsa da, istəyinə çata bilməyib. İlk hissənin əvvəlində ayağından zədə alan Kadi Borges 62-ci dəqiqədə Filip Ozobiçlə əvəzlənib. 5 dəqiqə sonra Qara Qarayevin uzaq məsafədən zərbəsi dəqiq alınmayıb. Ozobiç 71-ci dəqiqədə fərqlənməyə yaxın olsa da, şansı boşa verib. "Köhlən atlar" oyunun sonlarına yaxın hücumlarının kəsərini artırsa da, rəqib qapısına yol tapa bilməyib.

Beləliklə, rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" xallarının sayını 7-yə çatdıraraq UEFA Konfrans Liqasının pley-offunda iştirakı təmin edib.

“Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan) - 0:0

Qrupun digər görüşündə Almaniya "Frayburq"u Fransada "Nant"a qalib gəlib - 4:0. 12 xala malik Bundesliqa təmsilçisi ən azı ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Qarabağ" 7 xalla ikinci, "Nant" 3 xalla üçüncü, "Olimpiakos" 1 xalla sonuncu pillədədir.

***

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başlayıb.

GununNebzi.az-
ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada hesab açılmayıb.

***

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.

GununNebzi.az-
ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

GununNebzi.az
məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

Qrupun digər matçında Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gəlir.

Qeyd edək ki, G qrupuna 9 xalla "Frayburq" başçılıq edir. "Qarabağ" 6 xalla ikinci, "Nant" 3 xalla üçüncü sıradadır. Hər üç oyunda məğlub olan "Olimpiakos" sıfır xalla sonuncu pillədədir.

***

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda üz-üzə gələcək “Qarabağ” və Yunanıstan “Olimpiakos”unun start heyətləri açıqlanıb.

***

GununNebzi.az xəbər verir ki, qitə futbol qurumundan məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

“Olimpiakos”: 91. Aleksandros Pasxalakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 8. Pyer Kunde, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 18. Hvan İy Co, 21. Pep Biel, 45. Oleq Ryabçuk, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi,

Baş məşqçi: Miçel Qonsales

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

***

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

“Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. “Köhlən atlar” ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə 9 xala malik Almaniya “Frayburq”u Fransada “Nant”la üz-üzə gələcək.

İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

20:45. “Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan)

Baş hakim: Kreyq Pauson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: “Frayburq” - 9, “Qarabağ” - 6, “Nant” - 3, “Olimpiakos” - 0

Tarix: 13-10-2022, 22:59 Oxunub: 33


Bölməyə aid digər xəbərlər