02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanlı futbolçu “Neftçi”nin Avroliqadakı rəqibinə transfer oldu - FOTO

Azərbaycanlı futbolçu “Neftçi”nin Avroliqadakı rəqibinə transfer oldu - FOTOAzərbaycanlı futbolçu Elvin Yunuszadə “Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkupi” klubuna transfer olunub.

GununNebzi.az xəbər verir ki, millimizin, “Neftçi”, “Qarabağ”, “Sabah” və “Səbail” kimi klubların sabiq futbolçusu olmuş 27 yaşlı mərkəz müdafiəçisi Skopye klubu ilə bir illik müqavilə bağlayıb.

Fevralın 9-da Bosniya və Herseqovinanın “Çelik” klubuna keçsə də, pandemiyaya görə bu komandada oyuna çıxa bilməyən Elvin Yunuszadə açıqlama da verib.


O bildirib ki, dünəndən Skopyedədir və yeni komandasının “Şkendiya” ilə 2:2 başa çatan görüşünü izləyib. Klub saytı onun “Qarabağ”ın heyətində “Çelsi”, “Atletiko” və “Roma” ilə Çempionlar Liqası görüşlərinə çıxdığını bildirib.
Azərbaycanlı futbolçu “Neftçi”nin Avroliqadakı rəqibinə transfer oldu - FOTO
Azərbaycanlı futbolçu “Neftçi”nin Avroliqadakı rəqibinə transfer oldu - FOTO
Azərbaycanlı futbolçu “Neftçi”nin Avroliqadakı rəqibinə transfer oldu - FOTO

Qeyd edək ki, “Şkupi” (albancada “Skopye” deməkdir – S.M.) Şimali Makedoniyanı təmsil etsə də, klubun sahibi türkiyəli Aydın Ölgündür. Klubun idarəçiləri isə müsəlmanlar – albanlardır. 2012-ci ildən albanların Şimali Makedoniyada azarkeşlik etdiyi bu klubun prezidenti Eyup Ademi, baş məşqçisi Katip Osmanidir.


Tarix: 10-08-2020, 20:00 Oxunub: 130


Bölməyə aid digər xəbərlər