23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ döyüşçüsü UFC-nin çempionluq titulundan imtina etdi

ABŞ döyüşçüsü UFC-nin çempionluq titulundan imtina etdiOrta ağır çəkidə UFC çempionu olmuş amerikalı idmançı Con Cons çempionluq titulundan imtina etdiyini açıqlayıb.
İdmançı bu barədə öz “Twitter” hesabında məlumat yayıb.
“Bu gün UFC rəhbərliyi ilə telefon danışığımız oldu və rəsmi olaraq bildirirəm ki, orta ağır çəkidə qazandığım tituldan imtina edirəm. Bu, inanılmaz səyahət idi, bütün fanatlarıma səmimi qəlbdən təşəkkür edirəm”, - C.Cons sosial şəbəkə hesabında yazdığı açıqlamada bildirib.

Qeyd edək ki, bir müddət əvvəl C.Consla UFC-nin prezidenti Dana Uayt arasında problem yaranıb.

Belə ki, C.Cons ağır çəkidə reytinq ikincisi olan Fransis Nqannu ilə döyüşmək istəsə də, UFC rəhbəri bu qarşılaşmanı təşkil etməkdən boyun qaçırıb.

D.Uaytın sözlərinə görə, C.Cons həmin döyüş üçün UFC-dən 30 milyon dollar qonorar tələb edib.


Tarix: 18-08-2020, 13:00 Oxunub: 126


Bölməyə aid digər xəbərlər