01:14 / 24-12-2024
Prezidentin doğum günüdür
18:13 / 23-12-2024
Putin Əliyevi təbrik etdi
UEFA-nın superkubok matçı təhlükə altındadır

UEFA-nın superkubok matçı təhlükə altındadırİspaniyanın "Sevilya" və Almaniyanın "Bavariya" komandaları arasında UEFA superkuboku uğrunda matç təxirə salına bilər.
Macarıstan sentyabrın 1-dən etibarən koronavirus infeksiyasına yoluxmanın artması səbəbindən bütün xarici vətəndaşlar üçün sərhədləri bağlamağa qərar verib.
Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilməlidir.
Beləliklə, UEFA superkuboku uğrunda qarşılaşmanın keçirilməsi sual altına düşüb.
Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. "Sevilya" isə Avropa Liqasındakı həlledici matçda İtaliya "İnter"indən güclü olub - 3:2.


Tarix: 29-08-2020, 14:52 Oxunub: 164


Bölməyə aid digər xəbərlər