Deputat: “Şuşamıza və digər işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışımızı həyata keçirə biləcəyik. “
“Bu gün tarixi bir gündür. Böyük zəfər, qürur hissini bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşa səhərinə səfər ediblər. 28 ildən sonra Azərbaycan tarixində xüsusi yerə sahib Şuşamız öz doğmalarını qarşılayır”.
GununNebzi.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov deyib.
V.Bayramov qeyd edib ki, ümumilikdə, Ali Baş Komandının işğaldan azad olunmuş ərazilərə səfərləri həm siyasi, həm iqtisadi əhəmiyyətə malikdir və bu yöndə atılan addımlar da Qarabağın dirçəlməsi istiqamətində mühüm önəm kəsb edir: “İnanıram ki, dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda Şuşamıza və digər işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışımızı həyata keçirə biləcəyik. O gün uzaqda deyil!”
Bölməyə aid digər xəbərlər