23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarda müqəddəs Azərbaycan bayrağını qaldırdı

Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarda müqəddəs Azərbaycan bayrağını qaldırdıVətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatmasından artıq 8 gün keçir. Lakin Müzəffər Ali Baş Komandanımız öz xalqına qələbə sevincini təkrar-təkrar yaşatmaqda davam edir. Noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etmişlər. Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə Azərbaycan bayrağını şəxsən özü qaldırmışdır. Heç şübhəsiz bu səfər özü-özlüyündə ayrıca bir tarixi hadisədir və Azərbaycanlıların tezliklə işğaldan azad edilmiş bütün torpaqlarına həmişəlik qayıdacaqlarına və bu torpaqlarda artıq əbədi yaşayacaqlarına dair bütün dünyaya ünvanlanmış bir mesajdır.

Mənfur qonşularımız və onlara bütün dünyada havadarlıq edən qüvvələr xalqımıza Allahdan verilmiş bu əzəli haqqından onu məhrum etmək üçün illər boyu çalışdılar. Torpaqlarımız işğal olundu, millətimiz dəfələrlə qırğınlara, etnik təmizləmələrə məruz qoyuldu. İşğal edilmiş ərazilərimizdə ermənilər hər cür talan, soyğun və vandalizm aktları həyata keçirdilər. İşğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı etdiyi çıxışında bu məqamlara toxunan möhtərəm Ölkə Prezidentimizin də söylədiyi kimi, mənfur düşmən hətta Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Dövlətimizin başçısı bu adı bərpa etdi. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma cənab Ali Baş Komandanımız sübut etdi ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Azərbaycan Prezidentinin qətiyyəti və polad iradəsi sayəsində, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına dövlətimiz bunu bütün dünyaya sübut etdi və münaqişənin hərbi həllinənail oldu.
Dediyim kimi, hərbi əməliyyatların sona çatmasından cəmi 8 gün keçməsinə baxmayaraq, Azərbaycan artıq işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinə başlamışdır. Füzuli rayonunda olduğu zaman möhtərəm Prezidentimiz cənab İlham Əliyevburadan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib vəartıq bu yolun inşasına start verilib. Füzuli – Şuşa avtomobil yolunun təməlqoyma mərasimində çıxış edən Ali Baş Komandan bu layihənin müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.”
Diqqətəlayiq haldır ki, Füzuli–Şuşa avtomobil yolunun çəkilişi işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Əlbəttə ki, bu layihə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının azad edilmiş torpaqlarımızda həyata keçirəcəyi möhtəşəm quruculuq işlərinin başlanğıcıdır.
Ali Baş Komandan 30 ildən sonra üzümüzə təbəssüm qaytardı, bizə qürur hissini yaşatdı vəbütün dünyaya sübut etdi ki, biz həqiqətən də birlikdə güclüyük!
Azərbaycan xalqı öz müdrik Prezidenti ilə, öz Müzəffər Ali Baş Komandanı ilə qürur duyur!Yaşasın cənab Ali Baş Komandan! Eşq olsun Şanlı Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Aqiyə Naxçıvanlı,
millət vəkili, professor.


Tarix: 18-11-2020, 14:48 Oxunub: 224


Bölməyə aid digər xəbərlər