Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin sayı 51, alma ixracına görə isə bu rəqəm isə 37-yə çatıb.
GununNebzi.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Ölkədə fəaliyyət göstərən 275 pomidor, 37 alma istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiyanın müvafiq qurumuna təqdim olunub. Bugünədək 51 pomidor və 37 alma istehsalı müəssisəsinə məhsulların ixracı üçün icazələr verilib.
Qeyd edək ki, Rusiyaya alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 88232 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 131,8 faizi həcmindədir.
Eyni zamanda, pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 164558 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 91,4 faizini təşkil edir.
Bölməyə aid digər xəbərlər