23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezident Pərviz Şahbazova yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident Pərviz Şahbazova yeni vəzifə verdi - SƏRƏNCAMPrezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə” sərəncam imzalayıb.

GununNebzi.az-ın məlumatına görə, sərəncama əsasən, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradılıb:


İşçi Qrupun rəhbəri


Azərbaycan Respublikasının energetika naziri


İşçi Qrupun üzvləri


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Azərbaycan Respublikası ədliyyə nazirinin müavini


Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti.


Energetika və Xarici İşlər nazirlikləri bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.


Tarix: 25-02-2021, 19:26 Oxunub: 197


Bölməyə aid digər xəbərlər
25-02-2021, 17:00 Prezident qanunu imzaladı