21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Mərkəzi Bank bu şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank bu şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank "Perspektiv-A" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

GununNebzi.az-ın məlumatına görə, tərtib edilən protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərillib.

İş hakim Rövşən Xəlilovun icraatına verilib. Baxış iclası mart ayının 30-da saat 17:05-də keçiriləcək

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsini pozmaqda təqsirli bilinir.

Qeyd edək ki, bu inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.


Unikal.org

Tarix: 16-03-2021, 09:53 Oxunub: 41


Bölməyə aid digər xəbərlər