23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rus yazıçıdan sensasion iddia - virus yoxdur, bu, xüsusi əməliyyatdır, məqsəd…

Rus yazıçıdan sensasion iddia - virus yoxdur, bu, xüsusi əməliyyatdır, məqsəd…
Koronavirus mövzusu dünyanın əsas gündəmi olaraq qalır. Bu mövzuda o qədər iddialar var ki, onların hansının doğru, hansının yanlış olduğunu indilikdə demək çətindir.

Rus yazıçı-proqnozçu Sergey Peresleqin müsahibəsindəki iddiaları bu baxımdan indilikdə birmənalı qiymətləndirmək də mümkün deyil. Amma müsahibədə irəli sürülən iddialar çox maraqlıdır və insanları düşündürən bir çox suallara da cavab tapmaq mümkündür. Müsahibədən əsas hissələri diqqətinizə çatdırmaq istəyirik.

Nə virus var, nə pandemiya…

Rus yazıçının dediklərindən: «Gəlin əvvəlcə, onu aydınlaşdıraq ki, bu koronavirus sosial baxımdan nə deməkdir? Aydındır ki, nə belə bir virus epidemiyası, nə də pandemiyası var. Adi qripdən hər il ölənlərin sayı bundan çoxdur. Yeni növ koronavirusun 1920-21-ci illərdə yayılmış “İspan qripi”, 1967-ci ildəki Honq-Konq qripi ilə müqayisə olunmaz. Burda əsas məsələ təhlükənin miqyası yox, virusla bağlı yaranmış suallara cavabdır».

Dünyada maliyyənin bölüşdürülməsi prosesi gedir

«Bu koronavirus, dediyiniz kimi, öldürməsə də, niyə dünyada insanları evlərindən çıxmamağa məhkum edib» sualına yazıçının cavabı belədir:

«Bu, dünyanın yenidən format edilməsidir. Bizə deyirlər ki, səbrli olun, virus gedəcək, hər şey yenə öz axarına qayıdacaq. Amma heç nə əskisi kimi olmayacaq. Bu virus gedəcək, yerinə bir başqası meydana gələcək. Bu daha heç bitməyəcək. Nə baş verir? Dünyanın maliyyə bazarını, pul axınını yenidən reforma edir, yenidən strukturlaşdırırlar. Bu gün virusla mübarizə deyil, beynəlxalq kapitalın yenidən bölüşdürülməsi prosesi gedir. Gördüyünüz kimi, şirkətlər bir-birinin ardınca müflis olur. Aviaşirkətlər, turizm firmaları, kinoteatr və iaşə sektorları müflis olur. Bunları sonradan qəpik- quruşa alacaqlar. Bu, xüsusi maliyyə əməliyyatıdır. Ona görə də bu virus neçə-neçə ölkələri çökdürəcək».

Bəs bunları hansı güclər edir?

Bunları edən kimlərdir bəs? Cavab çox maraqlıdır: «Uzun illərdir ki, dünyada iki növ-sənaye və bank kapitalının mübarizəsi gedir. Əgər daha aydın desək, bir tərəfi siyasi-nöqteyi nəzərdən Trampın qrupu təmsil edir, ikincini isə Hillari Klinton təmsil edir. İndi bu mübarizəyə üçüncü qüvvə də qoşulub. Bu üçüncü qüvvə isə böyük dünya fondlarıdır ki, onlar əvvəl bank sektorunda olublar. İndi o üçüncü qüvvənin əsas məqsədi özlərinə həm sənaye, həm də bank sektorunda kapital toplamaqdır. Adətən, dünyada maliyyə bölüşdürülməsi müharibələrlə tənzimlənir. Amma indi gördüyümüz qlobal dünya müharibəsinin koronavirusla imitasiyasıdır ki, məqsəd və nəticə maliyyənin bölüşdürülməsidir».

Dünya miqyasında soyğun

Yazıçının dediyinə görə, evdən işləmək getdikcə, müəyyən bir təbəqənin məsələn, yaşlı professorların, müəllimlərin evdən işləməsi maliyyə məsələsini, sonra isə pensiyaya göndərilməsini gündəmə gətirəcək. «İcarəyə götürülən bahalı ofislər boşalacaq. Məsafəli işləmək internet korporasiyslarının işinə yarayacaq. Buna ABŞ-ın bir neçə xırda korporasiyası nəzarət edir. Bu korporasiyalar ciddi maliyyə qaynaqları əldə edəcəklər», -deyə, o bildirib.

Daha sonrakı iddialar da maraqlıdır: «Bu dünya miqyasında soyğundir və koronavirusla mübarizədə qələbə heç nəyi dəyişməyəcək. Bundan ən çox itirən isə istehsalçılar, işləyən əhali, vergi ödəyiciləri olacaq. Milyarderlərin koronavirusdan astronomik maliyyə itkisi verməsi barədə xəbərlərə inanmayın. Yadda saxlayın ki, milyarderlər heç nə itirmir, itirsəydilər, heç milyarder olmazdılar. İtirdikləri olarsa, onu da əhalidən çıxaracaqlar. Bu səbəbdən koronavirusdan sonrakı dünyada insanların həyat şəraiti xeyli pisləşəcək. Bu virusdan ən çox itirən Çin olacaq. Çünki bu ölkə dünyanın «emalatxanasıdır». Bu səbəbdən istehsal müəssisələri ya bağlanacaq, ya yeni müəssisələrlə əvəz olunacaq. Bunun nəticəsində yaranmış vəziyyət Çində əhalinin yaşayış səviyyəsinə ciddi təsir edəcək. Amma bu onlar üçün nə faciə, nə qəza olacaq, çünki orada yaşayış səviyyəsi həmişə aşağı olub. Avropa isə məhdudiyyət və məhrumiyyətlərə öyrəşməyib. Həyat səviyyəsi isə yüksək olub. Bu səbəbdən həyat səviyyəsinin düşməsinin miqyası çinlilər kimi olmasa da, daha ağrılı olacaq. 90-cı illərin ab-havasının qayıdacağı barədə çoxsaylı iddialar var. Avropa bu koronavirusdan çox ciddi təsirlənəcək. Rusiyada nəsibini alacaq. ABŞ isə ənənəvi olaraq krizisdən çox qazanclı çıxacaq. Hegemon iqtisadiyyata malik ABŞ-da bu cür krizisləri başqasının ayağına yazırlar, əgər təbii ki, hakimiyyətdəkilər axmaq deyillərsə. Tramp isə axmağa oxşamır».

Həyatımız necə dəyişəcək?

«Bəs həyatamızda daha nələr dəyişəcək» sualına yazıçının cavabı belə olub: «Həm işə götürəndə, həm ölkə sərhədini tərk edəndə bizdən bu virusdan olmaması barədə arayış tələb etməyə başlayacaqlar. Təmsil etdiyimiz ölkənin bioloji vəziyyətini bəhanə edərək insanlara ciddi nəzarət olacaq. ABŞ-a gəlmək istəyənlərin, xüsusilə, əmək miqrantlarının qarşını digər yollarla almağa ehtiyac yoxdur. Epidemiya özü hər şeyi edir.

Digər ölkələr də bu məhdudiyyətlərə əməl etmək məcburiyyətində qalacaqlar. İxtisarla bağlı işçilərə verilən əməkhaqqını da indi aşağı salmaq çətin olmayacaq. Bir sözlə, bioloji təhlükə sırf iqtisadi planların işləməsi üçündür».

İnsanların bir- birinə münasibətində nələrsə dəyişəcəkmi?

«Heç nə dəyişməyəcək. Amma dövlətlərin bir-biri ilə münasibətlərinin bundan sonra necə olacağını demək çətindir. Bu yəqin ki, dünyada postqlaballaşma dövrü olacaq ki, dövlətlərin buna keçidi haqda nəsə demək çətindir. Süni intellekt dövrü başlayacaq. Artıq banklar və digər korporasiyalar süni intellektə bağlı sifarişləri artırıblar. Adamların bir- birinə şübhəli baxdığı dövrdə virtual əlaqələrin keyfiyyəti daha da artacaq. Bu baxımdan yeni peşələr yaranmayacaq. Müəllim işi, iaşə və digər xidmət sahələri xeyli zədələnib.

Ərzaq qıtlığı gözlənilmir. Ola bilər ki, müvəqqəti bəzi xaricdən gələn məhsullar azalsın. Amma bu müharibəni başlayanların bizi aclıqdan qırmaq fikri yoxdur. O baxımdan arxayın olmaq lazımdır».

Mayda teatrlar və…

«İnsanların normal həyata dönüşü nə vaxt ola bilər» sualına cavab: «May ayında kinozalların və teatrların qapıları açıla bilər. Müəyyən ölkələr məhdud sayda təyyarə uçuşlarını bərpa edə bilər. Dünyanın istədikləri düzəninin dəyişməsi üçün zaman lazımdır və bu səbəbdən koronavirus təhlükəsi davam edə bilər. Çünki məqsədə çatmaq üçün bir az daha çox zamana ehtiyac var. 2021-ci ilin yanvarında insanların artıq bu virusa qarşı immuniteti yaranmış olacaq».


Tarix: 25-03-2020, 15:30 Oxunub: 149


Bölməyə aid digər xəbərlər