23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Azərbaycan fermalarında fransız pendiri: Regionlarda məşğulluq və fermerlərə əlavə dəyər

Azərbaycan fermalarında fransız pendiri: Regionlarda məşğulluq və fermerlərə əlavə dəyər

gununnebzi.az Qlobal yeni növ koronavirus pandemiyası ilə bağlı ölkədə bir çox fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, kənd təsərrüfatında uğurlu inkişaf davam etməkdədir.

Hökumətin strateji məqsədlərindən biri də ölkədə iri və kiçik damazlıq heyvandarlığın inkişafıdır. Bu sahəyə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi diqqət göstərilir, güzəştli kreditlər və subsidiyalar ayrılır. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, 4 aprel 2020-ci ildə “Prior Leasing” ASC-nin sifarişilə “Azfert” MMC tərəfindən ölkəmizə ilk dəfə olaraq Macarıstan Respublikasından Lakoun (Lacoune) cins qoyunlar gətirilib.

Cins qoyunlar cənub-şərqi Fransada yerləşən Tarn departamentinin Mon-De-Lakon əyalətinin şərəfinə belə adlandırılıblar. Lakon qoyunları illik, tərkibi protein, yağ və əvəzolunmaz amin turşuları ilə zəngin, 400 litrdən artıq süd istehsal etmə qabiliyyətinə malikdir və dünyanın ən məhsuldar südlük cinslərindən biri hesab edilir.

Öz tərkibi, eləcə də, zəngin dadı və ətrinə görə lakon südü pendir istehsalında geniş istifadə olunur. Fransada ondan məşhur Roquefort - nəcib mavi qəlibli yarı sərt pendir, İspaniyada isə Mancho - pasterizə edilmiş sərt pendir hazırlanır.

Ölkəmizdə qoyunçuluq tarixi həmişə ət-yun istiqaməti ilə əlaqələndirilib. Bu heyvanların südlük xüsusiyyətləri yalnız ara-sıra istifadə olunurdu. Buna baxmayaraq, iqlim və landşaft xüsusiyyətlərinə görə südlük qoyunçuluq ənənəvi-brend istiqamətinə çevrilən, milli ÜDM-də yüksək yer tutan və ciddi ixrac məhsulu hesab edilən ölkələr var.

Belə ki, Bolqarıstan, Slovakiya, Xorvatiya, Serbiya, Fransa, İspaniya, İtaliya, Yunanıstan və b. Aralıq dənizi, Adriatik və Balkan ölkələri ənənəvi olaraq südlük qoyunçuluqla məşğuldurlar. Eləcə də, İsrail, İran və İraq kimi ölkələrin də qədim qoyun sağımı tarixçələri var.

Yunanıstan, İspaniya, Fransa, Portuqaliya kimi ölkələrdə südlük qoyunçuluq ümumi süd istehsalının ən azı 15%, bəzilərində isə 30%-ni təşkil edir. Hətta bəzi ölkələrin dağlıq ərazilərində bu mümkün olan yeganə ciddi biznes növüdür.

Yeri gəlmişkən, əksər ənənəvi qoyun südü istehsalçılarının olduqları dağlıq rayonlardan nadir hallarda çıxmaları, məhsul emalçıları üçün xammal əldə etməkdə bir çox çətinliklər yaradır. Buna görə də əksər hallarda fermerlər özləri südü emal edərək, son məhsul halına çatdırırlar.

Bununla da dağlıq rayonlarda məşğulluq artır və fermerlər emal olunmuş məhsuldan əlavə gəlir əldə edirlər. Təəccüblü deyil ki, İspaniyada qoyun pendirinin istehlak payı inəklə müqayisədə 50%-ə çatır.

Ölkəmizdə südlük cinslərinin seleksiyası ilə məşğul olunmur. Buna görə mal-qaranın artırılması yalnız idxal olunan heyvanlar hesabına ola bilər. Prezident İlham Əliyevin 19 dekabr 2018-ci ildə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” imzaladığı fərman nəticəsində lizinq və kənd təsərrüfatında təchizat sahələrində liberallaşma baş verib və özəl lizinq şirkətlərinə yeni imkanlar yaradılıb.

Bu imkanlardan istifadə edərək, “Prior Leasing” ASC son bir il ərzində Almaniya, Avstriyadan və digər ölkələrdən heyvandarlıqda qəbul olunmuş beynəlxalq standartlara cavab verən iri və xırdabuynuzlu damazlıq cins heyvanların idxalını təşkil edib.

“Prior Leasing” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi vasitəsilə heyvandarlıqla məşğul olan fermerlərə 25% ilkin ödəniş, 60% dövlət subsidiyası olmaqla iri və xırdabuynuzlu cins damazlıq heyvanların lizinqlə satışını təklif edir. Bugünədək onlarla fermerə yüzlərlə baş iri və xırdabuynuzlu heyvan yuxarıda göstərilən şərtlərlə təqdim edilib.

Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilib. Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” şirkəti bu gün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, iri və xırdabuynuzlu damazlıq cins heyvanlarını, tikinti texnikalarını, həmçinin, avtomobilləri sərfəli lizinq şərtləri ilə təklif edir.










Tarix: 7-04-2020, 12:00 Oxunub: 75


Bölməyə aid digər xəbərlər
28-03-2020, 09:00 DYP əhaliyə müraciət etdi