01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
VÖEN ilə işçi işlədənlər bu qədər cərimələnəcəklər - YENİ QAYDALAR
Milli Məclisdə qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirmək və qeydiyyata alınmayan əmək münasibətlərini rəsmilləşdirmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilib.
GununNebzi.az xəbər verir ki, Əmək Məcəlləsində dəyişiklik edilən maddələrdən biri 7-ci maddədir. Məcəllənin 7-ci maddəsinə edilən dəyişilik əsasən bir çox sahələrdə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə (VÖEN ilə çalışanlar) rəsmiləşdirilməsinə yol verilməyəcək.
Bundan sonra tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, həmçinin tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda yazılı əmək müqaviləsi bağlanmalıdır.
Məsələn, işəgötürənin əsas fəaliyyət sahəsi tibbi xidmət (xəstəxana) sahəsinə aidsə, o zaman işə götürüləcək həkimlər və digər tibb işçilərilə mülki hüquqi müqavilə (VÖEN ilə) bağlaya bilməyəcək. Belə şəraitdə əmək münasibətləri yalınz əmək müqaviləsilə rəsmiləşdiriləcək.
Yaxud, hər hansı bir Kütləvi İnformasiya Vasitəsi (KİV) əsas fəaliyyət sahəsinə aid olan peşə və vəzifəyə qəbul etdiyi işçilərlə (redaktor, müxbir, korrektor və s.) yalnız əmək müqaviləsi bağlaya biləcək.
İşgəgötürən üçün hansı daha sərfəlidir: mülki hüquqi, yoxsa əmək müqaviləsi?
Mövcud qanunvericiliyə görə, mülki hüquqi müqavilə (VÖEN ilə) ilə “işçi” çalışdıran müəssisələr vergi və sosial ödənişlərlə bağlı öhdəlik daşımır. Öhdəlik VÖEN ilə çalışan şəxslərə aiddir. VÖEN ilə “işçi” çalışdıran sahibkar hüquqi şəxsdirsə, o zaman həmin şəxs gəlir vergisi ödəyicisi kimi gəlirlərinin (əmək haqqı) 5%-ni həcmində vergi ödəməlidir. Bundan başqa VÖEN-lə çalışan şəxslər 1 yanvar tarixindən 62,5 manat sosial sığorta haqqı və 10 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
Əmək müqaviləsi bağlandığı zaman isə işəgötürən və işçinin aşağıdakı öhdəlikləri olacaq: İşçi 8000 manatdan yuxarı əmək haqqı almadığı müddətcə, heç bir gəlir vergisi ödəməyəcək. Bildiyimiz kimi, 1 yanvar 2019-cu ildən 8000 manatdək əmək haqqı alanlar 7 il müddətində gəlir vergisindən azad olunub.
İşəgötürən 200 manatdan yuxarı əmək haqqı üçün 44 manat + 200 manatdan çox olan hissənin 15%-i, içşi isə 6 manat + 200 manatdan çox olan hissənin 10%-i həcmində sosial sığorta haqqı ödəyəcək. Məsələn, əgər işçinin rəsmi maaşı 300 manat təşkil edirsə, o zaman işəgötünən 59 manat, işçi isə 10 manat sosial sığorta haqqı ödəyəcək.
Bunlardan başqa işəgötürən əmək haqqı fondundan 0,5%, işçi isə öz əmək haqqından 0,5% işsizlikdən sığorta haqqı ödəyəcək. Eyni zamanda işəgötürən əmək haqqı fondundan 1%, işçi isə öz əmək haqqından 1% icbari tibbi sığorta haqqı ödəyəcək.
Rəqəmlərdən belə görünür ki, 300 manat əmək haqqı alan işçi VÖEN ilə çalışdığı zaman hər ay 87,5 manat vergi və sosial ödənişlər etməlidir. 300 manat əmək haqqı alan işçi əmək müqaviləsilə çalışdığı zaman isə işəgötürən 63,5 manat, işçi isə 14,5 manat (cəmi 78 manat) ödəməli olacaq.
VÖEN ilə işçi çalışdıranların cəriməsi nə olacaq?
Onu da bildirək ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə, azaldılmasına şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 11-06-2021, 14:23 Oxunub: 223
Bölməyə aid digər xəbərlər
27-06-2020, 14:08
Əmək müqaviləsinin formasında dəyişiklik edildi
25-11-2020, 21:40
İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı
17-06-2020, 17:44
Əmək müqaviləsinin müddətli bağlanması halları aradan qaldırılacaq
15-03-2021, 11:00
Məhkəmə-Hüquq Şurasının üzvlərinə təmsilçilik xərcləri fərqli qaydada ödəniləcək – LAYİHƏ
13-03-2020, 19:52
Əmək müqaviləsi bağlamayan mağaza sahibləri cəzalandırıldı