23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Laçın” gəmisi dünyanın ən yaxşı 50 gəmisi sırasında

“Laçın” gəmisi dünyanın ən yaxşı 50 gəmisi sırasındaBakı gəmiqayırma zavodunda istehsal edilmiş “Laçın” gəmisi planetin ən yaxşı texniki göstəricilərə malik ticari gəmilərinin yer aldığı “Significant Ship 2019 TOP50” siyahısında yer alıb.

gununnebzi.az-a bu barədə Metbuat.az Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, “Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) versiyasına görə, 2019-cu ildə dünyanın ən yaxşı 50 mülki gəmisi sırasına daxil olub.
“Laçın” gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakıda inşa edilib. İnşasına 2017-ci il fevralın 9-da başlanılıb və artıq iki il sonra gəmi istismara hazır olub. Tankerin uzunluğu 141 m, eni 16,98 m, su çəkimi 4,54 m/3,6 m təşkil edir.


Qeyd edək ki, 1860-cı ildə əsası qoyulmuş RİNA gəmi dizaynı sahəsində araşdırmalar aparır və institutun 90-dan çox ölkədə nümayəndəsi var.


Tarix: 14-04-2020, 18:28 Oxunub: 182


Bölməyə aid digər xəbərlər