23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ƏDV-nin geri alınmasında asan mexanizm: Yeni qayda işi asanlaşdıracaq

ƏDV-nin geri alınmasında asan mexanizm: Yeni qayda işi asanlaşdıracaq

"Sahibkarlarlığın inkişafı üçün vacib olan daha bir məsələ öz həllini tapır. Belə ki, uzun müddət idi ki, sahibkarların artıq ödədiyi Əlavə Dəyər Vergisini (ƏDV) geri almaqda çətinlikləri var idi. Əvəllər artıq ödənilmiş vəsaitin geri alınması ya mümkün olmurdu, ya da uzun müddət tələb edirdi. Əksər hallarda sahibkarlar əvəzləşməyə getmək məcburiyyətində qalırdılar".

GununNebzi.az
xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək:
ƏDV-nin geri alınmasında asan mexanizm: Yeni qayda işi asanlaşdıracaq

“Bu bütövlükdə vergi sisteminin elektronlaşdırılması, xidmətlərə əlçatanlığın genişləndirilməsi və xüsusən dövlət büdcəsi ilə qarşılıqlı hesabalaşmalarda müasir praktikaya uyğun, dünya təcrübəsində tətbiq edilən nümunələrdən istifadə edilməsi baxımdan vacib idi.
Bu paltaformanın mahiyyəti ilə bağlı bizə olan müraciətləri nəzərə alaraq qeyd etmək istərdim ki, “vahid elektron lövhə” dünya təcrübəsində “electronic VAT refund service” prinsipinə uyğun olaraq ƏDV-nin geri qaytarılması üçün elektron müraciət və addımları nəzərdə tutur. Dövlət Vergi Xidmətinin tətbiq etdiyi bu platforma vergi ödəyəcilərinə imkan verəcək ki, ƏDV üzrə artıq vergi ödədikləri halda həmin vəsaitin büdcədən geri qaytarılmasını təmin edə bilsinlər. Sahibkarları, vergi ödəyicilərini uzun müddət idi ki ən çox narahat edən məsələlər sırasına ƏDV üzrə ödənişlər zamanı artıq ödəmələrin geri qaytarılmasındakı çətinliklər daxil idi. Belə ki, vəsaitlərin geri qaytarılması ilə bağlı prosedurun mürəkkəbliyi zaman baxımından xeyli müddət tələb edirdi. Ancaq yeni mexanizm imkan verəcək ki, vergi ödəyicisi artıq ödəməsi olduğu halda elektron müraciət edərək daha qısa zamanda artıq ödəməni geri ala bilsin. Bu isə prosedurun sadələşdirilməsi ilə vəsaitə və zamana qənaət edilməsi anlamına gəlir. Digər tərəfdən, yeni mexanizm imkan verəcək ki, vergi ödəyicisi müraciətini elektron izləyə bilsin. Burada əslində dünya praktikasında tətbiq edilən “tracking” metodundan istifadə olunacaq ki, bu da vergi ödəyicisinə müraciətin bütün mərhələlərini izləmə imkanı yaradacaq”.
[]

Tarix: 6-08-2021, 10:57 Oxunub: 172


Bölməyə aid digər xəbərlər