23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sahibkarlara əmlak və torpaq vergilərində tam güzəşt olacaq

gununnebzi.az Vergi güzəştləri və tətilləri ilə bağlı proqram 2021-ci ilin yanvarın 1-dək olan dövrü əhatə edir.

Layihəyə əsasən əmlak və torpaq vergilərinə tam güzəşt olacaq.

İctimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergiyə güzəşt 50 faiz miqdarında nəzərdə tutulub.

Mikro sahibkarlıq subyektlərinə də 50 faiz güzəşt edilərək, dövriyyənin iki faizindən bir faizinə endirilməsi, həmçinin vergi və cari ödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi planlaşdırılır.

Biznesin üzləşdiyi problemlərin yumşaldılması üçün vergi güzəşti paketi yeganə dəstək mexanizmi deyil. Yeni biznes kreditləri ilə bağlı dəstək mexanizmi də mövcuddur. Banklar tərəfindən yeni verilən biznes kreditlərinin 60 faizinə dövlət tərəfindən zəmanət veriləcək və onların faizlərinin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Belə kreditlərin maksimal illik dərəcəsi 15 faizi keçməməli, müddəti isə üç ilə qədər olmalıdır.


Tarix: 21-04-2020, 14:30 Oxunub: 86


Bölməyə aid digər xəbərlər