23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu ölkədən məhsulların idxalına qadağa qoyuldu

Bu ölkədən məhsulların idxalına qadağa qoyuldu

Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi qeydə alınıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Dornod vilayətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin, tranzit daşınmasına məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Tarix: 10-09-2021, 07:13 Oxunub: 112


Bölməyə aid digər xəbərlər