23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Vahid Ələkbərovun sərvəti ilin əvvəlindən 7 milyarddan çox artıb

Vahid Ələkbərovun sərvəti ilin əvvəlindən 7 milyarddan çox artıb

Rusiyalı milyarderlərin ümumi sərvəti ilin əvvəlindən 65,63 milyard dollar artıb.

GununNebzi.az
“Bloomberg Billionaires Index” reytinqinə istinadən xəbər verir ki, Rusiyada ilin əvvəlindən bu yana ən çox qazanan şəxs “Novatek” şirkətinin həmsahibi Leonid Mixelson olub. Onun sərvəti 8,58 milyard dollar artaraq 33,3 milyard dollara çatıb.

Bununla yanaşı, “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərovun da sərvəti əhəmiyyətli dərəcədə artıb. Belə ki, Ələkbərovun sərvəti ilin əvvəlindən 7,25 milyard dollar artaraq 24,5 milyard dollara çatıb. Lakin buna baxmayaraq, Vahid Ələkbərov reytinqin 5-ci pilləsində qərarlaşıb.



oba.az

Daha ətraflı

Reytinqin ikinci pilləsində “Nornickel” şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin yer alıb. O, ilin əvvəlindən bu günə qədər 1,76 milyard dollar varlanıb və bununla da sərvəti 31,8 milyard dollar təşkil edib.

Bununla yanaşı, “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov üçüncü pillədə yer alıb. Onun sərvəti 5,76 milyard dollar artaraq 28,8 milyard dollara çatıb.

Dördüncü pillənin sahibi isə “NLMK” qrupunun əsas sahibi Vladimir Lisin olub. Lisinin sərvəti isə 4,7 milyard dollar artaraq 28, 6 milyard təşkil edib.

Qeyd edək ki, sözügedən indeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.

Tarix: 1-11-2021, 13:04 Oxunub: 250


Bölməyə aid digər xəbərlər