18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Xətai rayonunda yeni magistral su kəməri inşa edilir

Xətai rayonunda yeni magistral su kəməri inşa edilirBakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yeni magistral su kəməri inşa edilir.

Bu barədə GununNebzi.az “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, bu ərazinin içməli su təchizatı ötən əsrin 50-cı illərində tikilmiş 450 mm diametrli çüqun xətlə aparılıb. Magistral xətt uzun illər fəaliyyətdə olduğundan normal su təchizatını aparmağa imkan vermirdi. Üstəlik, son illər ərazidə yeni çoxmərtəbəli binaların tikintisi içməli suya tələbatı artırıb. “+41 Şərq” su anbarından qidalanan xəttin böyük hissəsi ötən müddətdə yenilənib. Hazırda kəmərin Mehdi Mehdizadə hissəsindən keçən sonuncu hissəsi dəyişdirilir. Burada 425 mm diametrli polietilen borularla 1 km uzunluğunda magistral xətt çəkilir. Magistral kəmərdən ətraf ərazilərə müxtəlif diametrli borularla çıxışlar veriləcək. Birləşmə işləri tam başa çatdıqdan sonra köhnə xətlə suyun verilişi dayandırılacaq.

Yasamal rayonu 20 Yanvar dairəsi ətrafında yol infrastrukturunun yenilənməsi ilə əlaqədar Müzəffər Həsənov küçəsindən keçən və istismar tələblərinə cavab verməyən kanalizasiya xətti də yenilənir. Bu məqsədlə 300 mm diametrli polietilen borularla yeni tullantı su xətti çəkilir. Kollektor üzərində baxış quyuları inşa edilir.

Avtomobil yollarının yenidən qurulması ilə əlaqədar Xətai rayonunda Əbilov, Admiral Naximov, Nərimanov rayonunda Müzəffər Nərimanov küçələrində, eləcə də Xəzər, Sabunçu və Abşeron rayonlarının bəzi qəsəbələrində içməli və tullantı su xətlərinin tikintisi aparılır.

Ümumilikdə Bakı şəhərində avtomobil yollarının yenidən qurulması ilə əlaqədar icra olunan layihələr çərçivəsində 25 km-dən artıq su və kanalizasiya xətləri inşa ediləcək. İnfrastrukturların yenilənməsi işləri yekunlaşdıqdan sonra "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən asfalt örtüyünün bərpası işləri aparılacaq.
Xətai rayonunda yeni magistral su kəməri inşa edilir
Xətai rayonunda yeni magistral su kəməri inşa edilir
Xətai rayonunda yeni magistral su kəməri inşa edilir
Xətai rayonunda yeni magistral su kəməri inşa edilir


Tarix: 12-05-2020, 18:03 Oxunub: 166


Bölməyə aid digər xəbərlər