16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
Hesablama Palatası: “KİVDF-nin 37 milyon manatlıq əmlakına həbs qoyulub”
2021-ci ildə Hesablama Palatasının Kollegiyasının qərarına əsasən, 2 nəzarət tədbiri üzrə müvafiq materiallar Baş Prokurorluğa təqdim edilib.
GununNebzi.az “Report”a istinadən xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Sənədə əsasən, həmin təqdimatlarla bağlı zəruri tədbirlər həyata keçirilib.
Hesabat ilində Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditi üzrə 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi barədə, həmçinin “Azərbaycan Konqreslər Bürosu” MMC-nin fəaliyyətinə dair müvafiq məlumatlarla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanılıb, istintaqın gedişində 862 min manat vurulmuş ziyanın ödənilməsi təmin edilib, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutuna ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditi üzrə malların (işlərin və xidmətlərin) satınalma prosesindən zəruri məlumatların qanunvericiliklə nəzərdə tutulduğu qaydada rəsmi internet saytında yerləşdirilməməsi və vəsaitlərin satınalma keçirilmədən icrası halları, həmçinin ayrılmış vəsaitlərin iqtisadi təsnifat kodu üzrə təyinatının dəyişdirilməsi ilə bağlı məlumata baxılıb, inzibati məsuliyyətə cəlb etmə müddəti (3 ay) keçdiyindən toplanmış material üzrə inzibati xəta haqqında işin rədd edilməsi barədə qərardad qəbul edilib.
Dövlət büdcəsindən Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlər ilə bağlı aparılan audit üzrə məhkəmə müvafiq hökm verib, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) auditi üzrə istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın (əldə edilmiş gəlirin) ayrı-ayrı epizodlara və şəxslərə münasibətdə məbləği müəyyən edilib, xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə 0,9 milyon manat məbləğində bank əmanətlərinin və 37,1 milyon manat dəyərində əmlakların üzərinə həbs qoyulub, məhkəməyə qədər icraat zamanı ziyanın (əldə edilmiş gəlirin) ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxslərin ümumilikdə 1,3 milyon manat məbləğdə pul vəsaitini Baş Prokurorluğun depozitinə yerləşdirib, cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılan audit üzrə təqsirləndirilən şəxs barəsində müvafiq məhkəmə hökm verib, Təhsil Nazirliyinin 1 saylı Maliyyə Hesablama Mərkəzinə ayrılan büdcə vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış audit üzrə cinayət nəticəsində vurulmuş ziyanı və vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş təmin edilməklə cinayət işi üzrə icraata xitam verilib, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun yoxlanması zamanı aşkar edilmiş dövlət əmlakından qeyri-qanuni istifadə halları barədə aparılmış araşdırmalar ilə hüquqpozmaların cinayət əməlinin tərkibini yaratmadığı müəyyən edilib.
Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan “Para Bokt” ASC-nin verdiyi kreditlər üzrə 5 halda ümumilikdə 211 858 manat ayrılmış vəsaitin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı materiallar 5 dekabr 2020-ci ildə cinayət işinə əlavə edilməklə 212 min manat məbləğində ödənilməmiş kredit vəsaitinin tam şəkildə bərpası təmin edilib. Bundan əlavə, 2021-ci ildə Hesablama Palatasının əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi bir nəzarət tədbirində iştirak ediblər.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-04-2022, 12:16 Oxunub: 144
Bölməyə aid digər xəbərlər
22-07-2021, 19:38
Turizmə ayrılan vəsaitlərin mənimsənilməsinə görə cinayət işi başlandı
19-05-2021, 19:40
Hesablama Palatası 2020-ci il dövlət büdcəsinin icrasına rəy verdi