“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 102-ci il dönümünə həsr olunan “İstiqlal Keşikçiləri” adlı videokonfrans keçirilib.
Videokonfransda UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli və təşkilatın UNEC Zaqatala filalı üzrə sədri Əli Əhmədzadə də iştirak ediblər. Konfransda çıxış edən İVT sədri Yusif Cəfərbəyli UNEC-in vətənpərvərliyin təbliği ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışıb. Eləcə də 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə UNEC-in birgə təşkil etdiyi “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən mənəvi dəstək aksiyası barədə konfrans iştirakçılarına geniş məlumat verib.
Bölməyə aid digər xəbərlər