23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını ciddi təhlükə altında qoyur

Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını ciddi təhlükə altında qoyur Pandemiya ilə əlaqədar Ermənistanda fövqəladə vəziyyət elan edildikdən sonra iqtisadi aktivlik kəskin azaldığından iqtisadi inkişaf proqnozları pisləşməyə başlayıb.

Bu barədə Beynəlxalq Münasibətlərin eksperti Orxan Bağırovun “Modern Diplomacy” portalında “Ermənistan pandemiya ilə bağlı iqtisadi problemləri həll edə bilmir” başlılıq məqaləsində məlumat veririlib. Məqalədə qeyd olunur ki, pandemiya ilə əlaqədar Ermənistanda fövqəladə vəziyyət elan edildikdən sonra iqtisadi aktivlik kəskin azaldığından iqtisadi inkişaf proqnozları pisləşməyə başlayıb. Qeyd olunur ki, Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına əsasən ilin sonuna Ermənistan iqtisadiyyatı 3.5 faiz həcmində kiçiləcək, lakin Ermənistan hökuməti mənfi 2 faiz həcmində daha pozitiv proqnozla çıxış edir.

Bildirilir ki, İqtisadiyyatın kiçilməsinin yaradacağı əsas iqtisadi problemlərdən biri vergi daxilolmalarının azalmasıdır: “Əgər ÜDM 2 faiz azalarsa, bu vergi daxilolmalarının 10 faizə qədər azalmasına səbəb olacaq. Belə olan halda büdcə gəlirlərinin azalmasına baxmayaraq Ermənistan hökuməti iqtisadi və sosial problemlərin qarşısını almaq məqsədilə büdcə xərclərini azaltmaq istəmir. Bu addım bəzi problemlərin qarşısını alsa da büdcə kəsrinin əsaslı formada artmasına səbəb olmaqla uzun müddətli iqtisadi problemlər yaradacaq. Vergi daxilolmalarının 10 faiz azalması büdcə kəsrinin 2 dəfəyə qədər artaraq 676.4 milyon ABŞ dollarına və ya ÜDM-in 5 faizi səviyyəsinə çatmasına səbəb olacaq”.

Müəllif qeyd edir ki, həm büdcə kəsrinin, həm də dəstək proqramlarının maliyyələşdirilməsi üçün Ermənistan hökuməti 546 milyon dollar həcmində xarici borc cəlb etməyə məcburdur. Bu isə Ermənistanın onsuzda yüksək olan xarici borcunun (2019-cu ildə ÜDM-in 40 faizi) daha da artmasına yol açacaq.

Bildirilir ki, Ermənistan eyni zamanda enerji sektorunda da problemlər ilə qarşılaşmaqdadır: “Qiymətlə bağlı yeni dəyişikliklərə əsasən qazın ölkədə hər min kubmetr üçün orta qiyməti 266.7 dollar səviyyəsində müəyyən edildi. Kənd təsərrüfatı şirkətləri üçün qazın hər min kubmetr üçün qiyməti 212 dollardan 224 dollara, ayda 10 min kubmetrdən çox qaz istifadə edən istifadəçilər üçün isə 242 dollardan 255.9 dollara qaldırıldı. Yeni qiymətlər iyulun 19-da qüvvəyə minəcək. Lakin, bu işsizlik probleminin yaranmasına səbəb olacaq. Belə ki, “Qazprom Ermənistan” qəbul edilmiş qiymətlər əsasında fəaliyyət göstərmək üçün 1500-ə qədər işçisini ixtisar etməli və illik 6 faiz daha az gəlir ilə fəaliyyət göstərməlidir”.

Müəllif bildirir ki, Ermənistanın iqtisadi problemləri öz maliyyə vəsaitləri hesabına həll edə bilməməsi və özünün enerji idxalını şaxələndirə bilməməsi böyük iqtisadi problemlərin yaranmasına yol açacaq: “Xarici maliyyə dəstəyindən asılı olan və müstəqil iqtisadi və enerji siyasəti həyata keçirə bilməyən dövlətlər istər pandemiya dövründə, istərsə də post-pandemiya dövründə ciddi iqtisadi problemlər ilə qarşılaşacaq. Onu da nəzərə alsaq ki, 2018-ci ildə Ermənistanda hökumət dəyişikliyinin baş verməsində sosial və iqtisadi problemlər böyük rol oynamışdı, o zaman yaranacaq iqtisadi problemlərin siyasi nəticələrinin də olacağını deyə bilərik”.


Tarix: 4-07-2020, 13:41 Oxunub: 67


Bölməyə aid digər xəbərlər