16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
“Öncədən sevinmək istəməzdik” - Mərkəzi Bankın sədri

“Öncədən sevinmək istəməzdik” - Mərkəzi Bankın sədri

“Ötən il on illər ərzində müşahidə edilməyən qlobal inflyasiya ilə qarşılaşdıq. 2022-ci il maliyyə bazarlarında çətin il kimi yadda qalıb. Hətta 2021-ci ildə qlobal maliyyə bazarları analitikləri 2022-ci ildə inflyasiyanın davam edəcəyini gözləmirdilər”.

GununNebzi.az
xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, qlobal inflyasiyanın yüksək olması Azərbaycanda da ötən il inflyasiyanın yüksək olmasını şərtləndirib: “Bizi narahat edən məqam 2022-ci ildə illik inflyasiya 14,4 faiz olub. Bu pik inflyasiyadan azalma deməkdir. Biz bunu yüksək qiymətləndiririk. Lakin öncədən sevinmək istəməzdik. 2023-cü ildə də öz siyasətimizi formalaşdırmaqda davam edəcəyik”.


(Qafqazinfo)

Tarix: 1-02-2023, 12:40 Oxunub: 20


Bölməyə aid digər xəbərlər