16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Mərkəzi Bank inflyasiya proqnozunu AÇIQLADI

Mərkəzi Bank inflyasiya proqnozunu AÇIQLADI

2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də, mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələyib.

İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16,8% olmaqla yüksək olaraq qalıb. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11,6% və 10,8% təşkil edib. İstehsalçı qiymətləri və idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalıb.

Belə ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12,7% olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı 20,4% təşkil edib. Əhalinin gəlirlərinin artdığı və stimullaşdırıcı fiskal siyasətin davam etdiyi şəraitdə məcmu tələb genişlənməkdədir. 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15,2% artıb.

İnflyasiyanın xarici mühiti çox dəyişkən olaraq qalıb. Beynəlxalq Valyuta Fondunun aprel proqnozuna görə qlobal inflyasiya 0,4% bəndi artırılaraq 7% səviyyəsində müəyyən edilib. Nüfuzlu ekspertlərin fikrinə görə, mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər.

Adıçəkilən amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır. Qeyd edək ki, baza ssenari üzrə fərziyyələrə görə, 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalıb.

Tarix: 3-05-2023, 10:26 Oxunub: 18


Bölməyə aid digər xəbərlər