16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
“Bank faizləri soyğunçu xarakter daşıyır”

“Bank faizləri soyğunçu xarakter daşıyır”

“Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Əli Məsimli bildirib.

“Faizlər ikirəqəmlidir və onları real sektora qoymaq mümkün deyil. Bunlar ancaq ticarətdəki 2-3 aylıq müddətdə effekt verə bilər, lakin istehsala qoyula bilməz.

Biz inflyasiyanı endiririksə, bank faizləri də aşağı olmalıdır. Siz illik inflyasiyanı 8,3 faiz olaraq qeyd etmisiniz. Bir daha deyirik ki, bu rəqəmlər doğru deyil, özünü doğrultmayacaq. Keçən il də qeyd edilən rəqəmlər özünü doğrultmadı”, - deyə deputat Mərkəzi Banka iradlarını çatdırıb.

Qeyd edək ki, daha əvvəl çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirmişdi ki, aprelin proqnozlarına əsasən, ilin sonunda illik inflyasiya 8,3% olacaq. (qafqazinfo)

Tarix: 5-06-2023, 11:24 Oxunub: 11


Bölməyə aid digər xəbərlər