16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
“Əsas pulun bərəkəti olsun, imzanın önəmi yoxdur”

“Əsas pulun bərəkəti olsun, imzanın önəmi yoxdur”

“Deputatlar qeyd edirdi ki, pulun üzərində Mərkəzi Bankın yeni sədrinin imzası olsun. Öncəliklə diqqətinizə görə təşəkkür edirəm”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

“Lakin bizim kifayət qədər pul ehtiyatımız var. Buna görə hələ imza haqqında düşünmək lazımsızdır. Əsas pulun bərəkəti olsun, imzanın önəmi yoxdur. Amma qeyd edim ki, 1 manatlıq əsginaslar tez köhnəldiyi üçün avqust, sentyabr ayında yeni 1 manatlıqlar, yeni imza ilə tədavülə buraxılacaq”, - deyə baş bankir qeyd edib.

Tarix: 23-06-2023, 13:15 Oxunub: 15


Bölməyə aid digər xəbərlər