23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bağlanan bankların əmanətçilərinə 480 milyon manat qaytarıldı

Bağlanan bankların əmanətçilərinə 480 milyon manat qaytarıldıAzərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 20,4 min qorunan əmanətçisinə 479,7 milyon manat kompensasiya ödəyib.

GununNebzi.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 8,4 min əmanətçisi 192,3 milyon manat, “Amrah Bank”ın 5,3 min əmanətçisi 127 milyon manat, “AGBank”ın 3,2 min əmanətçisi 57,6 milyon manat, “NBC Bank”ın isə 3,5 min əmanətçisi 102,9 milyon manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.


Tarix: 25-08-2020, 19:08 Oxunub: 107


Bölməyə aid digər xəbərlər