İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində daha bir təyinat olub.
GununNebzi.az xəbər verir ki, tanınmış jurnalist ATV telekanının əməkdaşı Elvin Dəmirli Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunda vəzifəyə təyin edilib.
E.Dəmirli yeni təyinatı ilə bağlı bildirib: "ATV Telekanalı, ATV Xəbər kollektivi ilə yollarımı ayırdım. Məni tanıyanlar bilir ki, bu müdət ərzində "ATV XƏBƏR"in inkişafı üçün bacardığım, əlimdən gələn hər şeyi etdim. Günümün xeyli hissəsini keçirdiyim ATV mənə yaxşı dostlar qazanmaqda, əlaqələri inkişaf etdirməkdə çox kömək oldu. Neynəmək olar qismət belə imiş. Orada bir vaxtlar çalışmış,indi isə müxtəlif vəzifələrdə işləyən və mənim jurnalist kimi yetişməyimdə dəstək olan, eyni zamanda hazırda da ATV-də çalışan hər kəsə,həmkarlarıma sonsuz təşəkkürümü bildirirəm. Bu gündən etibarən isə fəaliyyətimi keçmiş həmkarım Günel Bəhramqızı ilə birlikdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunda davam etdirəcəm."
Qeyd edək ki, tanınmış jurnalist Günel Bəhramqızı da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunda da vəzifəyə təyin edilib.
(Publika.az )
Bölməyə aid digər xəbərlər