23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Daha 43 dövlət müəssisəsi özəlləşdiriləcək

Daha 43 dövlət müəssisəsi özəlləşdiriləcək10 noyabr 2020-ci il tarixində növbəti hərrac təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək hərracda 43 müəssisə özəlləşdirilməyə çıxarılacaq.

Hərracda nəqliyyat, inşaat, təmir, quşçuluq, ticarət, istehsal və digər sahələr üzrə müəssisələr olacaq. Özəlləşdirməyə çıxarılan müəssisələr paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Hərracda maraqlı olan şəxslər dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.


Tarix: 15-10-2020, 13:03 Oxunub: 143


Bölməyə aid digər xəbərlər