23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialı nümayiş olunacaq

İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialı nümayiş olunacaqAzərbaycan “Qarabağ Azərbaycandır” şüarı ilə beynəlxalq sərgidə təmsil olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata əsasən, 18-21 noyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək “MUSİAD Expo 2020” Sərgisində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının iqtisadi və investisiya potensialı nümayiş olunacaq.

Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunacaq. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn edilib.

Sərgidə iştirakda məqsəd Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin yeraltı və yerüstü sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.

“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənəcək, eləcə də Azərbaycanın sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar veriləcək.

Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisində dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları, sənaye avadanlıqları nümayiş olunacaq, sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən, beynəlxalq biznes forum, iş adamları arasında ikitərəfli görüşlər və s. keçiriləcək.


Tarix: 16-11-2020, 10:23 Oxunub: 220


Bölməyə aid digər xəbərlər