23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
YUNESKO-nun 215-ci sessiyasında tarixi qərar qəbul edildi
Mədəniyyətlərarası dialoqun beynəlxalq miqyasda təşviqi istiqamətində ölkəmiz tərəfindən görülən davamlı işlər nəticəsində növbəti uğura imza atılıb.
GununNebzi.az xəbər verir ki, Parisdə keçirilmiş UNESCO İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində 2022-ci il 19 oktyabr tarixində Azərbaycanın təqdim etdiyi “Bakı Prosesi: Dayanıqlı Sülh və İnkişaf naminə Mədəniyyətlərarası Dialoqun və Sosial İnklüzivliyin Təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib.
Bu vacib sənəddə “Bakı Prosesi”nin UNESCO-nun mədəniyyətlərarası dialoq sahəsində əsas proqramlarının məqsədlərinə verdiyi töhfə tanınır, 2008-ci ildən etibarən “Bakı Prosesi” çərçivəsində irəli sürülmüş təşəbbüs və əldə edilmiş nailiyyətlərə istinad edilir, habelə dözümlülük, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə “Bakı Prosesi”ni dəstəkləməklə bağlı UNESCO Katibliyi, təşkilatın üzv ölkələri və əlaqədar tərəfdaşlara müraciət olunur.
Qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun ən fəal təbliğatçılarından birinə çevrilib.
2010-cu ildən etibarən “Bakı Prosesi” regional təşəbbüsdən qlobal platformaya çevrilməyə başlayıb. Belə ki, 2011-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), eləcə də digər beynəlxalq təsisatlarla sıx tərəfdaşlıqda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (ÜMDF) mədəniyyətlərarası və dinlərarası dialoqun, multikulturalizmin möhkəmləndirilməsi, ölkələr və regionlar arasında dinc birgə yaşayışın təşviq edilməsi, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə kimi mühüm mövzular üzrə önəmli qlobal platforma statusu qazanıb. 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə ölkəmizin paytaxtı beş dəfə sözügedən Foruma ev sahibliyi edib.
Vurğulamaq lazımdır ki, BMT Baş katibi tərəfindən 2015, 2017 və 2019-cu illərdə qurumun Baş Assambleyasına təqdim edilmiş məruzələrdə “Bakı Prosesi” xüsusi qeyd olunmuş, Azərbaycanda keçirilən ÜMDF mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan edilib.
Əminliklə qeyd etmək olar ki, İcraiyyə Şurasının qəbul etdiyi bu qətnamə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla, sülh, dözümlülük, dialoq və dayanıqlı inkişaf kimi ümumbəşəri ideyaların təbliğində öncül rolunu yenidən vurğulayıb və Azərbaycanın bu vacib təşəbbüsünün qlobal əhəmiyyətinin bir daha tanıdılması baxımından əlamətdardır.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-10-2022, 18:46 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
19-10-2022, 18:28
Azərbaycanın YUNESKO-ya təklif etdiyi qərar layihəsi qəbul edildi
3-06-2022, 11:30
Azərbaycan XİN UNESCO ilə bağlı bəyanat yaydı
25-09-2020, 12:43
"Azərbaycan məscid, kilsə və sinaqoqların bərpasına böyük önəm verir" - Prezident İlham Əliyev
2-05-2019, 10:26
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
24-09-2021, 11:29
“Qürur hissi ilə deyirəm ki, Azərbaycan işğala son qoydu”