Xəbər verdiyimiz kimi mətbuatda verilişlərə şərt qoyan sənət adamlarının adları açıqlanıb. Onlardan biri də Xalq artisti, muğam ifaçısı Nəzakət Teymurovadır. N.Teymurovanın isə verilişlərə daha çox rəfiqəsi Aygün Bayramova ilə getməyə üstünlük verdiyi bildirilir.
Açıqlamasında N.Teymurova məsələyə bu cür aydınlıq gətirib:
“Burda heç bir problem yoxdur, sadəcə özümün tələblərim var, özüm necə istəyirəmsə, o cür də edirəm. Adamın gərək səviyyəsi, oxumaq tərzi düz gəlsin. Hər adamla efirə çıxmaq olmur axı. Ağzının danışığını bilməyən adamla durub efirə çıxacam? Aygün xanımla iki dəfə dalbadal verilişə çıxmışıq. Bizim muğam və estrada janrında başqa müğənnilərimiz də var ki, onlar sənətinə, şəxsiyyətinə qiymət verən insanlardır. Onlarla da efirə çıxıram və burda heç bir problem yoxdur”. (milli.az)
Bölməyə aid digər xəbərlər