“Bizim Ali Baş Komandanın iradəsi nəticəsində müharibə qısa müddətdə bizim qələbəmizlə bitdi. Mən prezidentin bütün müsahibələrində baxırdım və düşünürdüm ki, möhtərəm prezidentdə nə qədər iradə, təmkin var”
Bunu açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa indi özünü daha da xoşbəxt hiss etdiyini bildirib:
“Qələbə xəbəri elə bir hissdir ki, onu ifadə etmək çətindir. Bu bir ay ərzində elə bil ki, bu dünyada yaşamırdım. Olan-qalan saçlarım da ağardı, yəni nə normal qidalana, nə də bir filmə baxa bilirdim. Biz də burda mənən döyüşürdük, çox əzab çəkdik. Şükürlər ki, olsun ki, bizim ordumuz bu qələbə sevincini bizlərə yaşatdı. İndi bütün günü onları izləyirəm, istəyirəm ki, hər birini öpüb bağrıma basımaq istəyirəm. Allah şəhid olan hərbçilərimizin atalarına-analarına səbr versin. Bizim Ali Baş Komandanın iradəsi nəticəsində müharibə qısa müddətdə bizim qələbəmizlə bitdi. Mən prezidentin bütün müsahibələrində baxırdım və düşünürdüm ki, möhtərəm prezidentdə nə qədər iradə, təmkin var.
Doğrudan da Allah biz azərbaycanlılara yaxşı cəhətlərinə görə belə bir Ali Baş Komandan bəxş edib. Düşünürəm ki, hər bir azərbaycanlının ürəyində bir arzusu var idi və o da Qarağa qovuşmaq idi. Ordumuz, prezidentimiz bizi bu arzumuza çatdırdı. İndiki kimi özümü heç vaxt xoşbəxt hiss etməmişəm. Xalq artisti fəxri adı almışam, məşhur olmuşam, övladım da, evim də olub, amma heç vaxt özümü xoşbəxt hiss etməmişəm. Mən fikirləşirdim ki, görəsən niyə xoşbəxt deyiləm? Sən demə qəlbimizdə olan bu Qarabağ yarasıymış ki, bizi sevinməyə qoymurmuş. İndi insanların üzünə baxanda görürsən ki, rəngləri açılıb, üzlərindəki kədər çəkilib. Azərbaycanlılarımızın ən pisinə qurban olum.
Mən həqiqətən də şahidi oldum ki, onlar necə bir yumruq kimi birləşdi. Onları daha da sevməyə başladım. Bu xalq üçün canımı da verməyə hazıram. Azərbaycan xalqı böyük bir xalqdır. Mən həm də ona sevindim ki, siyasi əqidəsindən asılı olmayaraq belə bir məqamda hamı birləşdi. Elə bir ölkə yoxdur ki, orda problem olmasın. Ölkəmizdə olan problemləri gərək bir-birimizi sevə-sevə həll edək, çünki düşmənlərimiz çoxdur”.
Bölməyə aid digər xəbərlər