23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
TƏBİB-dən virusunun mutasiyası ilə bağlı açıqlama - DAHA YOLXUCUDUR VƏ...

TƏBİB-dən virusunun mutasiyası ilə bağlı açıqlama - DAHA YOLXUCUDUR VƏ..."COVID-19 virusunun mutasiyası ilə bağlı bir neçə ay əvvəl məlumat var idi. Mutasiyaya uğrayan virus yeni virus demək deyil. Mutasiya qorxulu bir proses də deyil, bu, sadəcə olaraq virusun yoluxuculuğunu artırır. Hazırda yaşadığımız pandemiyanın törədici virusu artıq yoluxuculuq qabiliyyətinə görə lider mikroblardan hesab oluna bilər. O, bu xüsusiyyətinə görə daha çox yoluxuculuq qabiliyyətinə malik olan qızılcaya yaxınlaşır".

GununNebzi.az xəbər veerir ki, Bu sözləri TƏBİB İdarə Heyəti yanında Elmi komitənin sədri Akif Qurbanov Redaktor.az-a açıqlamasında deyib. O bildirib ki, bundan sonra bizim əsas məsuliyyətimiz qoruyucu tədbirləri daha da artırmaqdır:

Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Mutasiya xəstəliyin ağırlaşmasına səbəb olmayıb. Mutasiya virusun hər hansı bir xüsusiyyətinin gen səviyyəsində dəyişməsi deməkdir. Əgər virusun antigenliyi də dəyişirsə, o zaman əvvəllər hazırlanan vaksinlərin də effekti azala bilər. Amma peyvənd hazırlayanlar mutasiyaların olmasını ehtimal ediblər. Vaksin istifadə edəndə elə gen bölgələri götürülüb ki, həmin genlər mutasiyaya çox az məruz qalır. Vektor vaksinlərin hazırlanmasında buna daha çox diqqət edilib. Hazırda olan vaksinlər bu mutasiyaya da kifayət qədər effektli olacaq".

TƏBİB-dən virusunun mutasiyası ilə bağlı açıqlama - DAHA YOLXUCUDUR VƏ...

Tarix: 8-01-2021, 14:28 Oxunub: 172


Bölməyə aid digər xəbərlər