01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
“Hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib”

“Hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib”Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan Komissiyanın ilk iclası keçirilib.


Səhiyyə Nazirliyindən verilən xəbərə görə, iclası giriş sözü ilə açan Komissiyanın sədri Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçi, qazi və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.


Nazir Nazirlər Kabinetinin qərarına əsasən, hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə və şəhid ailələrinə psixoloji yardımın təşkili məsələsi barədə danışıb. O qeyd edib ki, hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib. Bu işə həmçinin xarici mütəxəssislərin cəlb olunduğunu da bildirib.


İclasda hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mütəxəssislərin xüsusi təlim proqramından keçdiyi qeyd olunub.

Sonda Komissiya üzvlərinə fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərin hazırlanıb qısa müddətdə Səhiyyə Nazirliyinə təqdim olunması tapşırılıb.


Qeyd edək ki, Komissiya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılıb.


Tarix: 26-01-2021, 10:20 Oxunub: 128


Bölməyə aid digər xəbərlər