23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rəşad Mahmudov: "Ölkə rəhbərliyi bu istiqamətdə mümkün olan bütün addımları atır"

Rəşad Mahmudov: "Ölkə rəhbərliyi bu istiqamətdə mümkün olan bütün addımları atır"“Peyvənd olunmanın həm tibbi, həm də psixoloji baxımdan faydası var. Burada kütləvilik təmin edilməlidir. 800-900 min peyvənddən 65-70 mini istifadə olunub. Bu da peyvəndə qarşı şübhənin olmasını göstərir. Vaksinasiyadan mütləq istifadə etməliyik”.

Bunu barədə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.


R.Mahmudov qeyd edib ki, vaksinasiya kütləviləşdikcə Nazirlər Kabineti yanında Operativ Qərargah yumşalmalara gedəcək: “Belə olan halda, fəaliyyəti məhdudlaşdırılan sahələrlə bağlı müsbət qərar verilə bilər. Hətta toy mərasimlərinin keçirilməsi üçün də qərarın qəbul edilməsi mümkündür”.

Deputat bildirib ki, qənaətbəxş nəticələr əldə edilsə də, ehtiyatlı davranmaq lazımdır: “Ümumdünya Səhiyyə Təşkilatı yeni ştammla bağlı çağırışlar edir. Bu da təbii ki, ölkədaxili qərarlara təsirsiz ötüşmür. Biz cəmiyyət olaraq preventiv tədbirlərə diqqət etməliyik. Ölkə rəhbərliyi bu istiqamətdə mümkün olan bütün addımları atır”.

/ Pravda.az


Tarix: 12-02-2021, 19:09 Oxunub: 264


Bölməyə aid digər xəbərlər