23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda bir gündə üç nəfər koronavirusdan öldü

Azərbaycanda bir gündə üç nəfər koronavirusdan öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619 nəfər müalicə olunaraq sağalıb, 4 936 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 3 092 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 331, bu günə qədər isə ümumilikdə 3 559 951 test icra olunub.

Tarix: 5-06-2021, 18:07 Oxunub: 180


Bölməyə aid digər xəbərlər