20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
Bu uşaqlar koronavirusu ağır keçirir - Valideynlərin nəzərinə!

Bu uşaqlar koronavirusu ağır keçirir - Valideynlərin nəzərinə!

Risk qrupuna daxil olan uşaqlar yeni növ koronavirus infeksiyasını ağır keçirirlər. Bir yaşdan aşağı olanlar, xroniki xəstəliklərdən - ürək, böyrək problemlərindən əziyyət çəkənlər, serebral iflic, xərçəng xəstələri və immunitet çatışmazlığı olan uşaqlar risk qrupuna daxildirlər.

GununNebzi.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

Koronavirusa yoluxub sağalan uşaqların səhhətlərində müəyyən problemlərin yarandığını deyən baş pediatr “MİS C” sindromu barədə məlumat verib:

“Əvvəllər koronavirusun yalnız qış aylarında yayıldığını hesab etsək də, sonradan hava şəraitinin fərq etmədiyi aydın oldu. Pandemiyanın ilk aylarında infeksiya ilə xəstələnən uşaqların sayı az idi. Ümumiyyətlə isə uşaqlar koronavirusu yüngül keçirirdi. Ona görə də həkimlər uşaqlara görə narahatlığa əsas olmadığını düşünürdülər. Lakin 2020-ci il aprelin sonundan etibarən koronavirusdan sağalan uşaqlarda kavasaki sindromuna bənzəyən iltihabi proses müşahidə edildi. “MİS C” sindromu sağlam uşağın koronavirusa yoluxub, sağalmasından sonra əmələ gəlir”.

Qeyd edək ki, “MİS C” sindromu immunitet sisteminin pozulmasının yeni formasıdır. Sindrom koronavirusa yoluxmadan sonra dörd həftə ərzində inkişaf edir və əsasən 2-15 yaşlı uşaqlarda rast gəlinir. “MİS C” uşaqlarda ürək, ağciyər, böyrək, beyin, dəri, göz və mədə-bağırsaq orqanlarının iltihablanmasına səbəb olur. Həmin iltihabi sindromdan əziyyət çəkən uşaqlarda hərarət, qarın ağrısı, qusma, ishal, boyun ağrısı kimi müxtəlif simptomlar müşahidə edilir.

Tarix: 12-08-2021, 18:27 Oxunub: 178


Bölməyə aid digər xəbərlər