gununnebzi.az [h1][/h1]Müasir insanların immunitetində zəiflik antibiotiklərin nəzarətsiz istifadəsi ilə əlaqədar ola bilər.
“İzvestiya” nəşri yazır ki, allerqoloq-immunoloq Marina Apletayeva belə hesab edir.
Həkim qeyd edir ki, son dövrlər insanlarda orqanizmin immun balansı pozulub. Xüsusən yeniyetmələr və gənclər tez-tez xəstələnməyə başlayıb, infeksion xəstəlikləri uzun müddət və ağır keçirirlər. Yeni viruslar meydana gələndə isə bədən onların öhdəsindən gələ bilmir.
Mütəxəssis əmindir ki, immun sistemini zəiflədən əsas amil antibiotiklərin qəbuludur.
A.Apleteyeva xatırladır ki, antibiotiklər virusları məhv etmir və bu vasitədən, sadəcə, virusla bağlı xəstəliyin ağırlaşması halında bakterial infeksiyaları müalicə etmək üçün istifadə olunur.
Bölməyə aid digər xəbərlər