21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Plazma mübadiləsi həyat üçün təhlükəlidirmi?

Plazma mübadiləsi həyat üçün təhlükəlidirmi?Qan plazmasından istifadə edilməsi köhnə konsepsiyadır. İndiyə qədər müxtəlif infeksion xəstəliklərin müalicəsində həmin metoddan istifadə olunub. Plazma köçürülən zaman virusdan sağalan şəxsin bədənində yaranan anticisimlər digər xəstənin sağalmasına imkan yaradır.

Dünya təcrübəsində geniş tətbiq edilən bu müalicə vasitəsilə iki aydan çoxdur ki, ölkəmizdə də istifadə olunur. İndiyə qədər Azərbaycanda 45 mindən çox insan koronavirusdan sağalıb.

gununnebzi.az xəbər verir ki, Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bu barədə deyib: “İndiyə qədər xəstəlik keçirənlərdən 150 nəfəri donor olmaq üçün müraciət edib və onlardan 88 nəfəri donor olub. Onu da qeyd edim ki, plazma hər kəsə yox, COVID-19 xəstəliyindən daha çox ağırlaşan xəstələrə köçürülür. İmmunplazma isə COVID-19-u keçirərək sağalanların anticisimləri təyin olunduqdan sonra onlardan toplanılır”.

Plazma köçürülərkən əsas diqqət edilməli məqam ondan ibarətdir ki, donorda 14 gün ərzində koronavirusun hər hansı klinik əlaməti aşkar edilməməlidir. Eyni zamanda, verdiyi testin nəticələri neqativ çıxmalıdır. Yalnız bundan sonra beynəlxalq standarta cavab verən müayinələr keçirilir və plazma götürülür. Plazmalar 4-6 saat ərzində soyuducuda saxlanıldıqdan sonra vəziyyəti kritik olan xəstəyə köçürülür.

Qan Bankının müdiri qeyd edib ki, immunplazma köçürülməsi zamanı qan qrupu çox əhəmiyyətlidir. Ona görə də əvvəlcə qan qrupu təyin olunur və xəstəyə də onun qan qrupuna uyğun immunplazma köçürülür. Sağalan bir nəfərdən 600 millilitr immunplazma toplanır və bu 3 doza deməkdir.

Həkimlər bildirirlər ki, plazma mübadiləsi həyat üçün qətiyyən təhlükəli deyil.


Tarix: 4-11-2020, 15:05 Oxunub: 118


Bölməyə aid digər xəbərlər