23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Lavrovla Zərif arasında Qarabağ müzakirəsi

Lavrovla Zərif arasında Qarabağ müzakirəsiLavrovla Zərif Dağlıq Qarabağdakı mövcud vəziyyəti müzakirə etdilər
Rusiya Xarici İşlər naziri (XİN) Sergey Lavrov və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif telefon danışığı zamanı Dağlıq Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər.

GununNebzi.az-ın xəbər vberir ki, bu barədə TASS Rusiya XİN-ə istinadla xəbər yayır.

“Dağlıq Qarabağdakı mövcud vəziyyət, Rusiya tərəfinin münaqişə zonasında tam atəşkəsə nail olmaq üçün göstərdiyi səylər, həmçinin, hərbi əməliyyatların təsirinə məruz qalan mülki əhaliyə humanitar yardımın göstərilməsi müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.

Nazirlər, eyni zamanda, Suriya, Fars körfəzi, Yəmən və Əfqanıstandakı vəziyyət də daxil olmaqla, digər əsas mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, Lavrov və Zərif ticarət-iqtisadi və humanitar sahələrə də toxunublar:

“Qarşılıqlı maraq doğuran məsələlərin bütün spektrləri üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəlindi”.


Tarix: 24-11-2020, 16:27 Oxunub: 165


Bölməyə aid digər xəbərlər