23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Komitədən bildirdilər ki, girovların azad edilməsi üçün dövlətlərarası razılaşma olmalıdır”

“Komitədən bildirdilər ki, girovların azad edilməsi üçün dövlətlərarası razılaşma olmalıdır”xəbər verdiyimiz kimi Ermənistanın Azərbaycan qarşısında imzaladığı məğlubiyyət bəyannaməsində üzərinə götürdüyü öhdəliklərdən biri də hərbi əsirlərin dəyişdirilməsidir. Çox təəssüflər olsun ki, 2014-cü ildən erməni girovluğunda qalan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də azad ediləcəkləri günü gözləyirlər.

Bəs görən D.Əsgərovun hərbi əsirlərlə dəyişdirilməsi gündəmdə deyilmi? Bu barədə D.Əsgərovun oğlu K.Əsgərovla hər hansı bir söhbət aparılmayıb ki? Artıq Qırmızı Xaç Komitəsinin qapısını yumruqla deyil, təpiklə döyməyin vaxtı deyilmi?

Moderator.az-ın sualını cavablandıran K.Əsgərov hələ ki, atasının dəyişdirilməsi ilə hər hansı bir addım atımladığını bildirib:

“Qırmızı Xaç Komitəsindən bizə atamın dəyişdirilməsinə hazırlıqla bağlı hələ ki, elə bir məlumat verilməyib. Ancaq bir həftə öncə bizdən məktub götürdülər və bildirdilər ki, görüş olacaq. Mən də onlara sual verdim ki, bəs atamgilin dəyişdirilməsi məsələsi nə yerdədi? Onlar bildirdilər indi meyitlərin dəyişdirilməsi və itkin düşənlərin araşdırılması prosesi gedir və hələ ki, əsirlərin dəyişdirilməsiylə bağlı bizə hər hansı bir məlumat verilməyib. Onlar bildirdilər ki, bu bizdən asılı olan şey deyil, dövlətlərarası razılaşma olandan sonra biz əsirlərin dəyişdirilməsi missiyasını yerinə yetirə bilərik”.

Xatırladaq ki, ermənilər Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” quraraq D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edilərə Şuşa türməsində saxlayıblar. Şuşanın işğaldan az edilməsindən sonra isə onları Ermənistana aparıblar və Qırmızı Xaç Komitəsindən bu günə qədər girovların saxlanma yerləri, şəraitləri ilə bağlı ailələrinə hər hansı informasiya verilməyib.


Tarix: 30-11-2020, 14:35 Oxunub: 153


Bölməyə aid digər xəbərlər