01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Türkiyə MN: Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik

Türkiyə MN: Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyikNoyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında Qarabağda monitorinq üzrə mərkəzin yaradılması haqqında imzalanmış memoranduma uyğun olaraq iki ölkə arasında əlaqələr davam edir.

gununnebzi.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Karanın bəyanatında deyilir.

Nazirliyin nümayəndəsi qeyd edib ki, Azərbaycan Ordusu sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı çərçivəsində Cəbrayıl, Fizuli, Zəngilan və Qubadlı rayonlarını, kənd və qəsəbələri, strateji yüksəklikləri azad edib. Noyabrın 10-da nail olunmuş üçtərəfli razılıq çərçivəsində digər 2 rayon Azərbaycana qaytarılıb.

Azərbaycan Ordusu noyabrın 25-dən Kəlbəcəri minalardan təmizləyir. Dekabrın 1-dən işğal altındakı Laçın rayonu da Azərbaycana qaytarılacaq.

Kara vurğulayıb ki, Türkiyə bütün imkanları ilə Azərbaycanı onun haqlı mübarizəsində dəstəkləməyə davam edəcək.


Tarix: 30-11-2020, 14:36 Oxunub: 197


Bölməyə aid digər xəbərlər