23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türkiyədən Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı yeni AÇIQLAMA

Türkiyədən Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı yeni AÇIQLAMATürkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı açıqlama verib.

GununNebzi.az xəbər verir ki, nazirliyin saytında yayılan məlumatda bildirilir ki, Türkiyə və Rusiya Federasiyası arasında imzalanan sənədə əsasən atəşkəsi qorumaq və izləmək məqsədi ilə təsis ediləcək Ortaq Mərkəzin ən qıza müddətdə fəaliyyətə başlaması üçün lazımkı işlər Azərbaycan və Rusiya ilə koordinasiyalı şəkildə irəli sürülür.

Məlumatda qeyd olunur ki, həmçinin Ermənistan işğalından azad edilən ərazilərdə qardaş Azərbaycan Ordusuna dəstək məqsədi ilə minalardan təmizləmə birliyi tərəfindən təlimlər keçirilir.

“Azərbaycanı 44 gün davam edən Bir Vətən Hərəkatı ilə öz torpaqlarını Ermənistan işğalından azad etməsi münasibətilə bir daha təbrik edirik. Türkiyə olaraq, “iki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərdə və qürurda yanında olduğumuz can qardaşlarımızın bundan sonra da yanlarında olmağa davam edəcəyik”, - deyə, məlumatda qeyd olunub.


Tarix: 13-12-2020, 13:52 Oxunub: 239


Bölməyə aid digər xəbərlər