23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Bizim memarlıq əsərlərimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb”

“Bizim memarlıq əsərlərimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb”“Xalçaçılıq sənəti ilə haqlı olaraq fəxr edə bilərik. Dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin sayı o qədər də çox deyil. Onların arasında Azərbaycan xalçalarının xüsusi yeri vardır. Özü də xalçalarımızın, xalça məktəblərinin müxtəlifliyi bizim mədəni zənginliyimizi göstərir. Xalça sənətini də biz yaşadırıq”.

GunmunNebzi.az xəbər verir ki, Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, vaxtilə muğam sənəti yavaş-yavaş yaddan çıxırdı və elə bil ki, kənarda qalırdı, eləcə də xalçaçılıq sənəti: “Gənclər xalçaçılıqla məşğul olmağa həm həvəsli deyildilər, həm də ki, imkanları yox idi. Biz bu imkanları yaratdıq. Xalçaçılıq sənəti əbədi yaşamalıdır”.

Dövlət başçısı deyib ki, bizim memarlıq əsərlərimiz dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır: “Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, bizim nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, biz son illər ərzində müasir memarlıq əsərləri yaratmışıq. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq baxımından çox uğurlu bir layihədir və digər layihələr. Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır”.


Tarix: 5-01-2021, 16:58 Oxunub: 267


Bölməyə aid digər xəbərlər