23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
XİN: “Erməni nazirin ərazilərimizə növbəti səfəri onlara baha başa gələ bilər”

XİN: “Erməni nazirin ərazilərimizə növbəti səfəri onlara baha başa gələ bilər”Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir.

Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

“Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”, - deyə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.


Tarix: 14-01-2021, 23:07 Oxunub: 114


Bölməyə aid digər xəbərlər