23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yaqub Eyyubova yeni vəzifə verildi

Yaqub Eyyubova yeni vəzifə verildiVətən müharibəsi iştirakçılarına "Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb.


GununNebzi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya tərkibi aşağıdakılardır:


Komissiyanın sədri


Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini


Komissiya sədrinin müavini


Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri


Komissiyanın üzvləri


Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini.


Komissiyaya tapşırılıb ki, Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.


Müəyyən edilib ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq "Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər


Tarix: 30-01-2021, 15:07 Oxunub: 203


Bölməyə aid digər xəbərlər