23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sahibə Qafarova Gürcüstan səfiri ilə görüşdü

Sahibə Qafarova Gürcüstan səfiri ilə görüşdüFevralın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstan səfiri Zurab Pataradze ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Spiker Azərbaycanın dost və qardaş Gürcüstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Bildirilib ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi sahədə yüksək göstəricilərin əldə edilməsinə zəmin yaradıb. Bu gün iki dost və qonşu ölkə olaraq Azərbaycan və Gürcüstan qlobal layihələrin reallaşmasında, bölgədə rifahın bərqərar olunmasında səmərəli fəaliyyət göstərirlər.

Sədr qeyd edib ki, parlamentlər səviyyəsində də münasibətlərin dərinləşməsi ümumi məqsədlərə xidmət edir: “Biz Azərbaycanın apardığı Vətən müharibəsində - 44 günlük savaş dönəmində Gürcüstanın göstərdiyi mövqeyi yüksək qiymətləndiririk. İnanırıq ki, bu münasibətlər gələcəkdə daha da dərinləşəcək”.

Gürcüstanın səfiri Zurab Pataradze xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib: “Yüksək səviyyəli siyasi münasibətlərin mövcudluğu xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. İqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız günbəgün inkişaf edir. Biz parlamentlər səviyyəsində də əlaqələrimizi intensivləşdirmək niyyətindəyik”.

Qonaq Gürcüstan parlamentinin fəaliyyəti haqqında məlumat verərək deputatların müxtəlif platformalarda görüşlərinin və qarşılıqlı səfərlərinin önəmini vurğulayıb. Bildirilib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün səylərini əsirgəməyib. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.


Tarix: 5-02-2021, 18:45 Oxunub: 195


Bölməyə aid digər xəbərlər