01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
"Rüstəm Muradovdan izahat almalıyıq" - Generalın son açıqlamasına sərt etiraz

"Rüstəm Muradovdan izahat almalıyıq" - Generalın son açıqlamasına sərt etirazProsesdə Azərbaycan tərəfinin mövqeyi olmalıdır. Belə açıqlama ilə çıxış etmək sülhməramlı kontingentin rəhbərinin səlahiyyətində deyil".

GununNebzi.az xəbər verir ki, bu sözləri Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun Ermənistan Müdafiə nazirinə məktubunda Ermənistan və Rusiya vətəndaşlarının Bakının icazəsi olmadan Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa sərbəst gedə biləcəkləri haqda fikrinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib:

"Qondarma rejimin pasportunu heç kim tanımadığından Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistan pasportu daşıyır. Bu pasportla onlar Ermənistana və digər xarici ölkələrə səfərlər edirlər. Açıqlamanın mahiyyəti budur ki, orada yaşayan və faktiki olaraq Ermənistan pasportu daşıyanlar həmin istiqamətdə gedib-gələ bilərlər. Amma regiona aidiyyatı olmayan ermənilərin Qarabağa gediş-gəlişi məhdudlaşmalıdır”.

Politoloq düşünür ki, Rusiya ilə Azərbaycan arasında çaşqınlığın yaranmaması məqsədilə bu məsələlərlə bağlı da razılaşmalar əldə edilməlidir: "Hesab edirəm ki, məsələ diqqətdən kənar saxlanılmamalıdır. Sülhməramlıların rəhbərini dəvət edib, ondan izahat almalı, danışıqlar aparmalıyıq”.



/Sfera.az


Tarix: 8-02-2021, 20:42 Oxunub: 163


Bölməyə aid digər xəbərlər